Ukraynanın mühasirəyə alaraq azad etdiyi şəhərdən REPORTAJ - VİDEO

Ukraynanın mühasirəyə alaraq azad etdiyi şəhərdən  REPORTAJ - VİDEO backend

Ukraynada gedən müharibədə Donbasa nəzarət üçün strateji əhəmiyyət kəsb edən Liman şəhəri və ətraf qəsəbələr demək olar ki, ölüm-dirim meydanını xatırladır.

Şəhərin azad edilməsi zamanı xeyli Rusiya əsgərləri, o cümlədən separatçı “Donetsk Xalq Respublikası”na məxsus silahlılar da əsir götürülüb. Şəhər uzun sürən döyüşlər ucbatından demək olar ki, dağıdılıb, infrastruktur tamamən sıfır səviyyəsinə enib.

Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov şəhərdəki son vəziyyətlə tanış olub.

Qeyd edilib ki, uzun müddət ağır döyüşlər gedən və blokadada qalan şəhərdə hazırda ciddi humanitar böhran hökm sürür.

Təxminən bir həftəlik mühasirədən sonra buranı azad edən Ukrayna Ordusu sonradan və indi də ara sıra meşələrdə ilişib qalan Rusiya Ordusuna məxsus diversiya qrupları ilə rastlaşır, kəskin insidentlər baş verir.

Ukraynalı hərbçi Boris Donçanin qeyd edib ki, Ukrayna Ordusu Luqansk vilayətinə doğru irəliləyir, artıq Svatovo yaxınlığında, Kremennayada aktiv döyüşlər gedir.

Ukrayna Ordusu rusları ciddi şəkildə sıxışdırır. “Mən ukraynalıyam, bura isə Ukraynadır! Ukrayna Ordusu döyüşür, bu torpağın hər kvadratmetri uğrunda döyüşəcək. Baxmut istiqamətində vəziyyət çox ağırdır. Şəhər uğrunda ağır döyüşlər gedir, amma Ukrayna Ordusu şir kimi döyüşür. Rusların itkiləri çox böyükdür. Onlar öz hərbçilərini, Kadırovçuları qalaq şəklində ”ət maşınına”, odun içinə atırlar”, - deyə hərbçi əlavə edib.

Diaspora