Rusiya qoşunları Xerson vilayətinin qərbindən geri çəkilirlər

Rusiya qoşunları Xerson vilayətinin qərbindən geri çəkilirlər backend

Rusiya ordusu qoşunlarını Ukraynanın ilhaq edilmiş Xerson vilayətinin qərb hissəsindən çıxarmağa başlayıb.

Bu barədə ABŞ-ın Müharibə Tədqiqat İnstitutunun (ISW) oktyabrın 21-də yaydığı hesabatda bildirilir.

Qeyd edilir ki, Ukrayna ordusu bir gün əvvəl Rusiya qüvvələrinin döyüş sursatı, texnikası və bəzi hissələri Dnepr çayının qərb sahilindən şərq sahilinə fəal şəkildə köçürdüyü barədə xəbər yayıb. Hətta Rusiya səfərbərliyə cəlb edilən təxminən iki min nəfəri də kömək üçün əraziyə göndərib.

Rusiyanın geri çəkilməsini ört-basdır etmək və Ukrayna qüvvələrinin Xersonun dərinliklərində Rusiya qüvvələrini təqib etməsinə mane olmaq üçün Xerson vilayətindəki Kaxovskaya SES bəndini partladacağına dair proqnoz da hesabatda vurğulanır.

Rusiya Federasiyası bəndin zədələnməsinə görə məsuliyyəti Ukraynanın boynuna qoymaq istəyir.

“Ukraynanın 80 şəhərini su altında qoyacaq, yüz minlərlə insanı didərgin salacaq, Ukraynanın onsuz da zəif olan enerji təchizatına ziyan vura biləcək bəndi partlatmaqda heç bir maddi marağı yoxdur”, - ISW bildirib. (oxu.az)

Mənbə: Meduza

Diaspora