İran PUA-ları “Bayraqtar”lara qarşı

İran PUA-ları “Bayraqtar”lara  qarşı backend

Xameneinin hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi iddia edir ki, hazırda 22 ölkə İran pilotsuz təyyarələrini almaq üçün növbəyə durub...

Avropa İttifaqı(Aİ) Rusiya qoşunlarına aktiv şəkildə istifadə etməyə başladığı PUA-lar tədarük etdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib. Tehran Rusiyaya PUA verdiklərini hələ də inkar edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiyanın İran PUA-larından istifadə etməsi ilə bağlı xəbərlər yalnız qeyri-rəsmi mənbələrə əsaslanır.

İranın pilotsuz təyyarələri mövzusu təkcə Ukrayna hadisələri kontekstində aktual deyil. Rusiyanın xarici agent elan etdiyi “Rosbalt” agentliyi “PUA müharibəsi: Ermənistan və İran “Bayraktar”lardan qisas alacaq?” sərlövhəli yazı dərc edib. Bildirilir ki, Aİ “dronların tədarükünə cavabdeh olan” İranın üç fiziki və bir hüquqi şəxsin aktivlərini dondurmaq qərarı verib. “Tamamilə mümkündür ki, burada ABŞ-ın maraqları nəzərə alınıb. Vaşinqton Kiyevə hər cür kömək etmək əzmində olsa da, hazırda Tehranla münasibətlərin kəskinləşməsini istəmir. ABŞ nüvə sazişinin bərpasına qədər İrana qarşı sərt addımlarda maraqlı deyil. Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian nüvə sazişinin reinkarnasiyası prosesinin gedişindən razı qaldığını bildirib” deyə, məqalədə bildirilir.

Bildirilir ki, indi Ermənistanın İran PUA-larını alması da aktiv şəkildə müzakirə olunur. İran PUA-larının bölgədə İkinci Qarabağ müharibəsində məşhurlaşan “Bayrakdar”lara alternativ kimi nəzərdə keçirilir.

İran İslam Respublikasının dini lideri Ayətullah Əli Xamenei İranın bu silah növünün yaradılmasında uğurlarından danışıb. “Bir neçə il əvvəl pilotsuz təyyarələrimizin fotoşəkilləri dərc olunanda bunun fotomontaj olduğu haqda fikirlər var idi. İndi bu dronları nəhəng adlandırırlar "deyə “Bloomberg” onun sözlərindən sitat gətirir.

Dünyada PUA-lara maraq indi çox yüksəkdir. Ekspertlər qeyd edirlər ki, bütün mümkün iqtisadi sanksiyaların tətbiq olunmasına baxmayaraq, İranın sadə, lakin kifayət qədər təsirli silahın kütləvi istehsalına başlamağa müvəffəq olub. Xameneinin hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvinin sözlərinə görə, hazırda 22 ölkə İran pilotsuz təyyarələrini almaq üçün növbəyə durub.

Onların arasında Ermənistandan başqa Tacikistanın da adı çəkilib. Qeyd edək ki, bu ilin may ayında İranın İRNA agentliyi Tacikistanda İranın “Ababil-2” pilotsuz uçan aparatlarının istehsalı üzrə müəssisənin açıldığını bildirsə də, Düşənbədə bu məlumat rəsmi təsdiqini tapmayıb.
Məqalədə o da qeyd edilir ki, indi PUA-lardan müdafiə vasitələrinə də maraq artıb. Hazırda Ukraynaya fəal şəkildə hava hücumundan müdafiə sistemləri verən ABŞ və Avropadan əlavə, Kiyev bu cür silahların potensial ixracçısı kimi İsraili görür. Söhbət ilk növbədə məşhur “Dəmir günbəz”dən gedir. Bu, idarə olunmayan taktiki raketlərdən qorunmaq üçün müdafiə sistemidir.

2022-ci il martın 9-da ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Senatdakı dinləmələrdə “Dəmir günbəz”in Kiyevə təhvil verilməsini mümkünlüyü haqda danışmışdı. Ukraynaya İsrail silahlarının tədarükü oktyabrın ortalarında yenidən aktiv müzakirə olunmağa başlayıb və bu, Moskvanın kəskin reaksiyasına səbəb olub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev İsrailin belə bir addımının ikitərəfli münasibətləri “məhv edəcəyi ilə bağlı” xəbərdarlıq edib. Bundan sonra İsrailin müdafiə naziri Benni Qants bildirib ki, NATO ölkələri ilə birlikdə Ukraynanı dəstəkləsə də, Kiyevi silahlarla təmin etməkdən imtina edir. Nəticədə İsrailin müdafiə naziri ilə ukraynalı həmkarı Aleksey Reznikov arasında planlaşdırılan telefon danışığını Kiyev təxirə saldı.

musavat.com

Diaspora