Ukraynanın işğal edilmiş Xerson vilayətinin qeyri-qanuni rəhbərliyi vilayətin sakinlərini Dnepr çayının sol sahilinə köçürür.
Qeyd olunur ki, artıq Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin yaşayış məntəqələrini azad edilməsi istiqamətində hərəkətə keçib.
Öz növbəsində işğal edilmiş vilayətin nümayəndəsi Kirill Stremousov bildirib ki, Rusiya ordusu Xersondan geri çəkilmək niyyətində deyil:
“Ukrayna Silahlı Qüvvələri Xerson vilayətindəki hərbi texnikanın sayını artırmaqda davam edir. Hazırda on minlərlə hərbçi Xerson vilayətinin təmas xəttindədir. Eləcə də çox sayda hərbi texnika var”, - deyə o qeyd edib. (oxu.az)
Mənbə: TASS