Kiyevə dron zərbələri nəticəsində ölənlərin sayı artıb, 37 kamikadze dron vurulub - YENİLƏNİB

Kiyevə dron zərbələri nəticəsində ölənlərin sayı artıb, 37 kamikadze dron vurulub -  YENİLƏNİB backend

Bu gün səhər saatlarında Rusiyanın kamikadze dronlarının Kiyevə hücumu nəticəsində ölənlərin sayı 4-ə yüksəlib.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb

“Kiyevdə xilasetmə əməliyyatları zamanı Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 19 nəfər xilas edilib. 4 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib. Fövqəladə Hallar Dövlət Xidmətindən 76 nəfər və 16 texnika cəlb olunub”, - məlumatda qeyd olunub.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat isə bildirib ki, Ukrayna hərbçiləri 43 kamikadze drondan 37-ni vurub. Onun sözlərinə görə, PUA-ların hamısı cənubdan Ukrayna səmasına buraxılıb.

***

13:15

Bu gün səhər saatlarında Rusiyanın kamikadze dronlarının Kiyevə zərbələr endirməsi nəticəsində ölən və yaralananlar var.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko deyib.

Onun sözlərinə görə, bu gün Kiyevin Şevçenkovski rayonuna endirilən dron zərbələri nəticəsində meydana gələn dağıntılar altından bir qadının meyiti çıxarılıb.

Şəhər meri bildirib ki, bir nəfər hələ dağıntılar altındadır.

Kliçko axtarış-xilasetmə işlərinin davam etdiyini deyib. Hücumda yaralanan üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Diaspora