Moskva meri Sergey Sobyanin şəhərdə qismən səfərbərlik tədbirlərinin başa çatdığını elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, öz bloqunda yazıb. Mer qeyd edib ki, qismən səfərbərlik tədbirləri tam miqyasda yerinə yetirilib və səfərbərlik çağırışı almış şəxslərin hərbi komissarlığa gəlməsinə ehtiyac yoxdur.
S.Sobyanin əlavə edib ki, səfərbərliyə çağırılan şəxslərin toplandığı məntəqələr bu gün saat 14:00-dan bağlanır, yaşayış yerlərinə və müəssisələrə indiyədək göndərilmiş çağırış kağızları öz qüvvəsini itirir.