Ukraynadakı münaqişənin bir həftə ərzində həlli mümkündür.
Apa-nın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın NBC televiziya kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə bir həftə ərzində həll oluna bilər: "Hər şey ABŞ və Böyük Britaniyanın mövqeyindən asılıdır", - deyə Belarus lideri vurğulayıb.
Onun NBC kanalına müsahibəsindən qısa açıqlamaları BelTA Dövlət İnformasiya Agentliyi yayıb.