Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu bu gün ölkənin daxili işlər naziri Süleyman Soylu Bartında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, partlayış zamanı mədəndə olan 110 nəfərdən 58-i xilas edilib, 11 nəfər isə xəsarət alıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" səhifəsində bildirib ki, xəsarət alanlardan 6-sı İstanbulda, 5-i isə Bartındakı xəstəxanalarda müalicəsini davam etdirir.
Xatırladaq ki, kömür mədənində partlayış ötən gün axşam saatlarında baş verib.