Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində ölənlərin sayı artıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Süleyman Soylu hadisə yerində aparılan araşdırmalardan sonra ölənlərin sayının 28-dən 40-a çatdığını açıqlayıb.
Türkiyə Daxili İşlər naziri bunları bildirib: "Yaralılarımızdan 11-i xəstəxanadadır. Onlardan 6-sı İstanbulda, 5-dən 3-ü Bartında, 2-si özəl xəstəxanalarda, 1-i evə buraxılıb. 110 şaxtaçımızdan 58-i öz imkanları və yaxınlarının səyi nəticəsində xilas edilib".
09.18
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində ölənlərin sayı artıb.
Qaziler.az bildirir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Amasra rayonunda mədəndə baş verən yanğın nəticəsində ölənlərin sayının 28-ə yüksəldiyini açıqlayıb.
03.00
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 25 nəfər ölüb.
xxx
Saat 21:49
Türkiyənin Bartin vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayışdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə yola düşüblər.
Trend xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Bartin valisi Nurtaç Aslan partlayışın Amasra Taşkömürü Müəssisəsində baş verdiyini və səbəblərinin hələ bəlli olmadığını deyib.
Qeyd edilib ki, çox sayda qrup bölgədə axtarış-xilasetmə işlərini davam etdirir. Mədənin 300 mərtəbə dərinliyində 44, 350-də isə 5 nəfər qalıb. Səkkiz nəfər isə öz imkanları ilə çıxa bilib.
xxx
Saat 20:54
Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.
Trend Türkiyənin Demirören (DHA) Agentliyinə istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib.
Partlayışın səbəbi hələlik məlum deyil.