Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) texniki qiymətləndirmə missiyasının üzvləri ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Qriqoryan İrəvanın bütün məsələlərdə missiyaya dəstək verməyə hazır olduğunu bildirib. Tərəflər missiyanın funksiyalarının əhatə dairəsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.