Türkiyə Böyük Millət Məclisi (TBMM) dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatlarına görə 3 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Bu barədə TRT dövlət telekanalı məlumat yayıb.
Qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təşəbbüsü ilə parlamentə təqdim edilib.