Ukraynanın əsirliyində olan 20 nəfər Rusiya Silahlı Qüvvələrinin hərbçisi azad edilib.
Apa xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Azad olunmuş şəxslərin hər birinə lazımi psixoloji və tibbi yardım göstərilir.
Onlar qısa zaman ərzində müalicə və reabilitasiya olunmaq üçün Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində yerləşdiriləcəklər.