Qazaxıstanda Putinin səfərinə qarşı aksiya, saxlananlar var

Qazaxıstanda Putinin səfərinə qarşı aksiya, saxlananlar var backend

Qazaxıstanın Almatı şəhərində Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfərinə qarşı etiraz aksiyası təşkil olunub.

“Qafqazinfo” Qazaxıstan mediasına istinadən xəbər verir ki, 4 nəfər əllərində lövhələrlə Rusiya konsulluğunun qarşısına gəlib.

Buna baxmayaraq, polis əməkdaşları həmin şəxslərin binaya yaxınlaşmasına imkan verməyib və aksiya iştirakçılarını saxlayıb.

Saxlanılanların naməlum istiqamətdə aparıldığı bildirilir.

Polis aksiya iştirakçılarının hansı səbəbdən saxlanıldığını açıqlamayıb.

Xatırladaq ki, Vladimir Putin 12-14 oktyabrda Qazaxıstan paytaxtı Astanada səfərdə olacaq.

Diaspora