"Yunanıstan Avropa İttifaqına güvənir".
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Yunanıstan indi də Türkiyənin regional və beynəlxalq faktor olmasına görə narahatdır: "Yunanıstan hakimiyyəti xalqını aldadır. Yunanıstan bizi təhrik etməyə başladı ki, adekvat cavablardan sonra Türkiyəyə qarşı sanksiyaları başlatsın. Rəsmi Afina Avropa İtifaqına güvənir. Amma bunun heç bir nəticəsi olmayacaq”.
M.Çavuşoğlu bildirib ki, Yunanıstan sülh üçün imzaladığı razılaşmaları pozur: “Afina adalara silah daşımamalıdır. Bizim kimsənin suverenliyində gözümüz yoxdur”.