Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd "S-300" raketi atıb, ölən var - YENİLƏNİB

Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd "S-300" raketi atıb, ölən var -  YENİLƏNİB backend

Ukraynanın daha 2 vilayətində partlayış baş verib.

 

“Report” UNIAN-a istinadən xəbər verir ki, Rivne və Krivoy Roq vilayətlərində partlayış səsləri eşidilib.

 

"Partlayışın təfərrüatlar hələlik məlum deyil", - məlumatda qeyd edilib.

 

10:18

Ukraynanın Odessa vilayətində partlayış olub.

 

“Report” UNIAN-a istinadən xəbər verir ki, yerli əhali partlayış səsləri eşidib.

 

Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

 

10:11

Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd "S-300" zenit raketi atıb, ölən var.

 

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasından bildirilib.

 

Qeyd olunub ki, ictimai iaşə obyektləri, o cümlədən təhsil müssisələri ilə yanaşı, dövlət obyektləri də hədəf alınıb. 

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yanğını söndürüblər. 

 

Məlumata görə, Rusiyanın atdığı 2 raket avtosalona düşüb, 1 nəfər ölüb.

 

09.36

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.

 

“Report” “Ukrainski pravda”ya istinadən xəbər verir ki, bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

 

O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

 

Dağıntı və tələfatla bağlı araşdırma aparılır.

 

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.

 

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.

Diaspora