Rusiyadan Zaporojyeyə növbəti raket hücumu: Əhaliyə xəbərdarlıq edildi

Rusiyadan Zaporojyeyə növbəti raket hücumu:  Əhaliyə xəbərdarlıq edildi backend

Rusiya yenidən Ukraynanın Zaporojye bölgəsinə raketlərlə hücum edib.

Bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux özünün “Telegram” kanalında məlumat verib:

“İşğalçılar rayon mərkəzinə raket zərbələri endiriblər. Düşmənin hədəfləri infrastruktur obyektləri olub. Dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Sığınacaqlarda qalın”.

Bölgədə hava həyəcanı hələ də davam edir.

Qeyd edək ki, Rusiya ordusu son vaxtlar Zaporojye ərazisini atəşə tutmağı intensivləşdirib. Sentyabrın sonunda onlar Zaporojyedən çıxışda mülki şəxslərin humanitar karvanına raket zərbəsi endirib. Nəticədə 30 nəfər həlak olub, 88 nəfər yaralanıb.

Oktyabrın 9-na keçən gecə Rusiya ordusu Zaporojyenin yaşayış məntəqələrinə S-300 və X-22 raketləri ilə hücuma keçib. Nəticədə 14 nəfərin öldüyü və 89 nəfərin yaralandığı məlumdur, onlardan 11-i uşaqdır.

Oktyabrın 10-da Zaporojyeyə atılan raket çoxmərtəbəli binanın dağılmasına səbəb olub.

Mənbə: UNİAN

Diaspora