Ukraynada güllələnən azərbaycanlılardan ikisinin şəxsiyyəti bəlli olub.
Bu barədə APA-nın yerli bürosuna ölənlərin qohumu İsaməddin Əhmədov məlumat verib.
O bildirib ki, hadisə Donetsk şəhərində baş verib. Məlumata görə, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurliyev, qardaşı Fəqan Uğurliyev və adı məlum olmayan daha iki nəfər atəş altına düşüb.
İsaməddin Əhmədov qeyd edib ki, bazarda alverlə məşğul olan həmyerlilərimiz Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulublar. Nəticədə həmyerlilərimiz hadisə yerində həlak olublar. Hadisənin necə baş verdiyi dəqiqləşdirilir.
Meyitlər hazırda Ukraynadadır, Zərdab rayonuna gətirilməsi üçün iş aparılır.
13:15
Rusiyadan Ukraynaya gedən və içərisində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.
Bu barədə vəkil Aqil Layıc öz “Facebook” hesabında məlumat paylaşıb.
O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.
Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların dördü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.
Məlumata görə, Ukraynaya keçmək istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.