Rusiya Federasiyasının Milli Antiterror Mərkəzinin məlumatına görə, oktyabrın 8-də səhər saatlarında Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobil hissəsində yük maşını partlayıb.
Ukraynadakı mənbədən Qaziler.az-a bildirilib ki, böyük ehtimalla yük maşınında partlayıcı materiallar daşınırmış.
"Rusiyalı hərbi ekspertlər körpünün partladılmasında dərhal Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıblar və körpünün partladılmasının mürəkkəb təxribat əməliyyatı olduğunu iddia edirlər.
Amma bu, doğrudanda elədirmi? Axı Krım körpüsünün girişlərində Rusiya Nəqliyyat Nazirliyinin Departament Mühafizə İdarəsinin ST-6035 stasionar yoxlama və təftiş radiotexniki kompleksləri var, onlar bura gələn nəqliyyat vasitələrində partlayıcı maddələrin olub-olmadığını yoxlayırlar.
Və bu, Rusiya hakimiyyətinin körpüdəki ən qabaqcıl təhlükəsizlik tədbirləri (təhlükəsizlikdə Moskvadan sonra ikinci yer) və partlayıcı qurğular olan nəqliyyat vasitələrinin keçməsinə imkan verməyəcək sistemlər haqqında davamlı hekayələrinə uyğun gəlmir
Partlayıcı ilə dolu yük maşını yalnız postu keçdikdən sonra Krım körpüsünə gələ bilər. Rusiya təhlükəsizlik qüvvələrinin əməkdaşları daim postlarda olduğunu nəzərə alsaq yüklərin daşınması onların xəbəri olduğu halda həyata keçirilə bilərdi. Buna görə də, 90-cı illərin sonlarında Rusiyada partladılmış evlər metodikasından istifadə edərək, Ukraynanın "qərar qəbuletmə mərkəzlərinə" zərbələr endirməkdə israr etmək üçün presedent yaratmağa çalışan Rusiya FTX-nin bu işdə əlinin olması tamamilə mümkündür. Bu, nümayəndələrinin, xüsusən də Kadırovun nüvə silahından istifadə etməyə çağırdığı “müharibə tərəfinin” mövqeyinə tamamilə uyğundur.
Körpünün dağıdılması Putinin özünün də maraqlarına uyğun ola bilər. Bu, Qorbaçova alman pilot-amator Mathias Rustun Qırmızı meydana eniş etməsinin generalların ""ulduz axışı" üçün bəhanə olmasını xatırladır.
Sözsüz ki, körpünün tikintisi zamanı konstruktiv-tikinti xətalarına, keyfiyyətsiz materiallardan istifadəyə, körpünün yükünün düzgün hesablanmamasına və s. yol verilməsi də istisna deyil. Krım körpüsündə baş verən tək partlayışdan sonra bir anda iki aşırım suya düşüb. Qeyd edim ki, öz növbəsində, Xerson bölgəsindəki Antonovski körpüsü çox sayda raket hücumuna tab gətirə bildi.
İndi Krımdan çıxmaq demək olar ki, mümkün deyil. Hələlik Krım körpüsündən gediş-gəliş oktyabrın 31-dək dayandırılıb. Krımda bərələrin olmaması səbəbindən bərələrin işə salınması faktiki olaraq mümkün deyil. Belə ki, Krım körpüsünün tikintisindən əvvəl sərnişin daşıyan bərələr oranı tərk edib. Krım körpüsünün işə salınması ilə bütün yükgöndərənlərə bərə ilə Krıma yük daşımaq qadağan edildiyinə görə, suya geri "peresadka" çox uzun ola bilər.
Onu da qeyd edim ki, Krım körpüsünün dağıdılması rus qoşunlarının cənub (Xerson) qrupunun rabitəsini ciddi şəkildə çətinləşdirəcək və silah - sursat təchizatının kəskin azalmasına səbəb olacaq" - deyə mənbə bildirib.