İranın Danimarkadakı səfirliyinə hücum olub

İranın Danimarkadakı səfirliyinə hücum olub backend

Qiyamçıların İranın Danimarkadakı səfirliyinə soyuq silahla hücumu Qərbin siyasi dəstəyinin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Kopenhagendə İran səfirliyinin əməkdaşlarına edilən hücuma münasibət bildirərkən deyib. O nəzərə çatdırıb ki, Qərb dövlətləri öz ərazilərində İrana qarşı baş verən cinayətlərə göz yumurlar.

Məsələ ilə əlaqədar Danimarkanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, ötən axşam naməlum şəxs əlində bıçaq İranın Danimarkadakı səfirliyinə hücum edib. Naser Kənaninin sözlərinə görə, cinayətkar səfiri öldürməyə cəhd edib, lakin bunu bacara bilməyib. Bir nəfər İran diplomatı yaralanıb və səfirliyin avtomobil parkındakı maşınlarına ziyan vurulub.

Danimarka polisi araşdırma aparır.

Diaspora