Krım istiqamətində planlaşdırılan bütün qatarların hərəkəti dayandırılıb - YENİLƏNİB

Krım istiqamətində planlaşdırılan bütün qatarların hərəkəti dayandırılıb -  YENİLƏNİB backend

Yaxın vaxtlarda Krım istiqamətində planlaşdırılan bütün qatarların hərəkəti dayandırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.

Bildirib ki, yaxın vaxtlarda Krım istiqamətində planlaşdırılan bütün qatarların hərəkəti dayandırılıb. "Qatarlar müvəqqəti olaraq Krım istiqamətində hərəkət etməyəcək. Krıma qatara bilet satışı da dayandırlıb", - deyə Rusiya Dəmir Yollarının məlumatında qeyd olunub.

 

10:40

Moskva və Sankt-Peterburqdan yola düşərək yaxın saatlarda Simferopola çatmalı olan qatarların hərəkəti dayanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Krıma yük və sərnişin daşınması ilə məşğul olan “Qrand servis ekspress” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

“Qatarların hərəkətində fasilələr gözlənilir. Hazırda Moskva-Simferopol reysi üzrə gedən 28 nömrəli və Sankt-Peterburq-Simferopol reysi ilə gedən 170 nömrəli qatarların hərəkəti dayanıb” - deyə mətbuat xidməti əlavə edib.

Xatırladaq ki, bugünkü cədvələ əsasən Krım körpüsü vasitəsilə 29 reysin həyata keçirilməsi gözlənilirdi.

Krım körpüsündə baş vermiş partlayışla əlaqədar Krımın ətraf bölgələrindən də gələn qatarların reysləri də təxirə salınıb.

Diaspora