Rusiya Prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski bu ilin noyabrında Balidə keçiriləcək G20 sammitində iştirak etməyə razılaşıblar.
Qaziler.az xəbər verir ki, bu barədə İndoneziyanın BƏƏ-dəki səfiri Husin Bagis “The National” nəşrinə bildirib.
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov RBC-Ukraynaya bununla bağlı bildirib ki, son qərar hələ qəbul edilməyib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Rusiyanın G20 sammitində iştirak edəcəyini təsdiqləyib, lakin formatın hələ müəyyən edilmədiyini bildirib.