Xəzər dənizində Həştərxan yaxınlığında iki kiçik Rusiya gəmisi toqquşub.
Nəticədə bir nəfər ölüb, həmçinin xəsarət alanlar var.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat verib.
“Oktyabrın 7-də saat 17:20-də Baş idarənin operativ növbətçiliyinə İkryaninski rayonunda iki kiçikhəcmli gəminin toqquşması barədə məlumat daxil olub. Toqquşma nəticəsində xəsarət alanlar var”, - məlumatda qeyd edilib.
Nazirlikdən verilən dəqiqləşdirilmiş məlumata görə, bir nəfər ölüb.
“Şturmanlardan biri olan 2000-ci il təvəllüdlü kişini xilas etmək mümkün olmayıb, təcili yardım gələnə qədər həyatını itirib. İkinci gəminin şturmanı xəsarət almayıb”, - deyə nazirlikdən bildirilib.