Rusiyada PUA aviabazaya düşüb, iki təyyarəni məhv edib - YENİLƏNİB

Rusiyada PUA aviabazaya düşüb, iki təyyarəni məhv edib -  YENİLƏNİB backend

Rusiyanın Kaluqa vilayətinin Şaykovka qəsəbəsindəki aviabazaya pilotsuz uçuş aparatının düşməsi nəticəsində iki "TU 22M3" təyyarəsi məhv edilib.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindəki mənbə məlumat yayıb.

Qeyd edək ki, “Şaykovka” aerodromu cəbhə xəttində deyil, Ukrayna sərhədlərindən 350 km aralıda yerləşir.

14:34

Rusiyanın Kaluqa vilayətinin Şaykovka qəsəbəsindəki aviabazaya pilotsuz uçuş aparatı (PUA) düşərək partlayıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bildirib.

Onun sözlərinə görə, xəsarət alan yoxdur.

Ehtimal olunur ki, PUA dövlət sərhədindən uçurmuş.

Qeyd edək ki, Kaluqa vilayəti Belarus və Ukrayna ilə sərhəddə yerləşir.

Diaspora