Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən PKK/YPG terror qruplaşmasına qarşı daha bir uğurlu əməliyyat keçirilib.
Musavat.com xəbər verir ki, MİT tərəfindən Suriyanın şimalındakı Aynularap bölgəsində həyata keçirilən xüsusi antiterror əməliyyatı nəticəsində PKK/YPG-nin aparıcı simalarından olan Hasan Demirtaş zərərsizləşdirilib.
Bildirilir ki, məhv edilən bu şəxs terror təşkilatının Kobanidəki qüvvələrinə başçılıq edib.
Eyni zamanda nazirlikdən verilən açıqlamada qeyd edilib ki, Suriyanın şimalında terrorçuların hücum cəhdlərinin cavabsız qalmasına imkan vermədik və verməyəcəyik. Türk Silahlı Qüvvələrinin bu ərazilərdə gün ərzində ümumilikdə 9 PKK/YPG terrorçusunu zərərsizləşdirdiyi qeyd edilib.