Ukrayna ordusu düşmənə qarşı İranın pilotsuz uçuş aparatından istifadə edəcək.
Bunu Odessa Vilayət Dövlət Administrasiyasının rəhbərinin mətbuat katibi Sergey Bratçuk brifinq zamanı bildirib.
Onun sözlərinə görə, PUA Ukrayna Silahlı Qüvvələri tərəfindən sentyabrın sonlarında, ölkənin cənubunda, Qara dəniz üzərində vurulub.
“Mohajer-6” PUA-sı İran istehsalıdır və daha çox kəşfiyyat məqsədi daşıyır. Kiçik təmirdən sonra o, artıq Ukrayna Silahlı Qüvvələrinin arsenalına daxil olub. İndi “Mohajer”dən düşmənə qarşı istifadə olunacaq. Biz düşmən mövqelərinin və obyektlərinin kəşfiyyatı ilə məşğul olacağıq”, - deyə o, bildirib.