Qazaxısatanın hakim “Amanat” partiyası hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini irəli sürüb.
Apa “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Asxat Oralov məlumat verib.
O, qərarın yekdilliklə qəbul edildiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan dövlət başçısı noyabrın 20-də erkən prezident seçkisinin keçirilməsi ilə bağlı fərman vermişdi.