Ukrayna hərbçiləri Luqansk vilayətində 6 yaşayış məntəqəsini ruslardan azad edib.
Axar.az xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının sədri Sergey Qayday məlumat yayıb.
"Ukrayna qoşunları Luqansk vilayətində 6 yaşayış məntəqəsini azad edib. Rusiyanın 2014-cü ildə zəbt etdiyi ərazilərdən olan insanlar Ukrayna Silahlı Qüvvələrini gözləyirlər", - Qayday bildirib.
Qayday hazırda işğal altında olan Luqansk vilayətinin sakinlərinə cəbhə xəttindən uzaqlaşmağı və ya sığınacaqlara yaxın olmağı tövsiyə edib.