Kadırov ona general-polkovnik rütbəsinin verildiyini açıqladı

Kadırov ona general-polkovnik rütbəsinin verildiyini açıqladı backend

Rusiya Prezidenti Vladimir Putin ad günündə Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik hərbi rütbəsi verib.

Bu barədə Kadırov özünün “Telegram” kanalında məlumat verib.

“Bu barədə mənə şəxsən Vladimir Vladimiroviç məlumat verdi və məni təbrik etdi. Mənim xidmətlərimə verilən yüksək qiymətə görə Ali Baş Komandanımıza sonsuz minnətdaram! Bu, mənim üçün böyük şərəfdir”, – deyə Kadırov qeyd edib.

O vurğulayıb ki, prezidentin titulun verilməsi haqqında fərmanı “709 nömrəsi ilə çıxıb”. Çeçenistan rəhbəri “ona göstərilən etimadı doğruldacağına” söz verib.

Oktyabrın 5-də Kadırov doğum gününü qeyd edir, onun 46 yaşı tamam olur. (oxu.az)

Mənbə: İzvestiya

loading...
Diaspora