Ermənistanın baş naziri Nikol Paşinyan erməni əsirlərin İrəvana təhvil verilməsində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edib.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə tvitterdə paylaşım edib.
"Mən ABŞ-ın 17 hərbi əsirimizin geri qaytarılmasına kömək səylərini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, birgə səylərlə beynəlxalq tərəfdaşlarımızla birlikdə həm humanitar məsələlərin həllində, həm də regionda sülhün bərqərar olunmasında gələcək irəliləyişləri qeyd edəcəyik”, - baş nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verib.