Rusiya ordusunun Qərb Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Juravlev istefaya göndərilib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qərb Hərbi Dairəsinin yeni komandanı vəzifəsinə general-leytenant Roman Berdnikov təyin edilib.
Berdnikov əvvəllər Şərq Hərbi Dairəsinin silahlı birləşmələrinin komandanı olub, daha sonra Suriyadakı Rusiya qoşun qruplaşmasına komandanlıq edib.