Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman şəhərinə daxil olub.
Qaziler.az RBK-Ukraina-ya istinadən bildirir ki, düşmən mühasirəyə alınıb. Verilən məlumata görə, bu şəhərin azad edilməsi Luqansk vilayəti istiqamətində irəliləyiş üçün yol aça bilər.
Son məlumata görə, Ukrayna Silahlı Qüvvələri artıq şəhərə daxil olub. Şərq qoşunları qrupunun spikeri Sergey Çerevatı milli telemarafonun efirində döyüşlərin hələ də davam etdiyini bildirib.
"Eşitdiyiniz məlumat və video doğrudur. Artıq Limandayıq, amma döyüşlər davam edir. Detallar haqda ətraflı məlumat bir qədər sonra veriləcək".