Rusiya MN qoşunlarının Ukraynanın Liman şəhərindən geri çəkildiyini təsdiqlədi

Rusiya MN qoşunlarının Ukraynanın Liman şəhərindən geri çəkildiyini təsdiqlədi backend

Rusiya hərbçiləri Donetsk vilayətinin Krasnı Liman şəhərini tərk ediblər.

Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov brifinq zamanı bildirib.

Onun sözlərinə görə, hərbçilər daha sərfəli mövqelər tutacaqlar.

“Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, qoşunlarımız Krasnı Liman yaşayış məntəqəsindən daha sərfəli xətlərə çıxarılıb”, - Konaşenkov qeyd edib.

16:14

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman şəhərində Rusiya qruplaşmasının mühasirəsinin başa çatdığını təsdiqləyib.

Bu barədə şərq qoşunları qrupunun spikeri Sergey Çerevatı bildirib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri Liman yaxınlığındakı beş yaşayış məntəqəsini nəzarətə götürüb.

Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday isə deyib ki, Limanda yerləşən rusiyalı hərbçilər öz rəhbərliklərindən getməyi istəsələr də, rədd cavabı alıblar:

“Rusiya Federasiyasının 5 mindən çox hərbçisi mühasirədədir”.

Mənbə: UNİAN

 

 

Diaspora