Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman şəhərində Rusiya qruplaşmasının mühasirəsinin başa çatdığını təsdiqləyib.
Bu barədə şərq qoşunları qrupunun spikeri Sergey Çerevatı bildirib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri Liman yaxınlığındakı beş yaşayış məntəqəsini nəzarətə götürüb.
Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday isə deyib ki, Limanda yerləşən rusiyalı hərbçilər öz rəhbərliklərindən getməyi istəsələr də, rədd cavabı alıblar:
“Rusiya Federasiyasının 5 mindən çox hərbçisi mühasirədədir”. (oxu.az)
Mənbə: UNİAN