Nikol Paşinyan hakimiyyəti bir tərəfdən havadarlarına Azərbaycandan şikayətlər edərək ölkəmizi aqressor kimi qələmə verməyə çalışır, digər yandan isə Ermənistan ordusunda bir sıra yeniliklər etməyə başlayır. Son məlumatlara görə, ehtiyatda olan hərbçiləri müntəzəm təlim-məşq toplantısına çağırmaqla yanaşı, gələn il dövlətin hərbi büdcəsi bir milyard dollara çatdırılacaq.
Bütün bunların fonunda, son günlər sərhəddə baş verənləri də nəzərə aldıqda, bizə heç də yad olmayan ssenarinin hazırlandığını görürük. Daha dəqiq desək, Ermənistan növbəti oyunla Azərbaycanı təxribata çəkməyə çalışır.
Ən diqqətçəkən məqam isə Ermənistanda həm hakim dairələr, həm də ictimaiyyət arasında anti-Rusiya ab-havasının kəskinləşməsidir. Ermənilər yenə bir müddətdir Qərbin çaldığı hava ilə addımlayaraq düşdükləri vəziyyətdən çıxa biləcəklərini ümid edirlər. Lakin bu cür təhlükəli addımlar bölgədə sülhün bərqərar olmasını yubadır.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: