Bu gün Kremldə Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsi ilə bağlı sənədlərin imzalanması mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin bununla bağlı çıxış edib.
Daha sonra Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin qondarma nümayəndələri müvafiq sənədlərin altına öz imzalarını çəkiblər.
Xatırladaq ki, Rusiya sentyabrın 23-27-də Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “referendum”lar təşkil edib.
Qeyd olunub ki, bütün səslər hesablanıb və seçicilərin əksəriyyəti “Rusiya Federasiyasına qoşulmağa səs verib”.