Dövlət Dumasının deputatı səfərbərliyə yollanır - FOTO - VİDEO

Dövlət Dumasının deputatı səfərbərliyə yollanır -  FOTO - VİDEO backend

Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev çağırış vərəqəsi alıb.

Bu barədə o, özü xəbər verib.

 

Valuyev hərbi qeydiyyat yeri üzrə komissarlığa getmək niyyətində olduğunu vurğulayıb.

 

“Qismən səfərbərlik ölkə üçün çox vacib qərardır”, - deyə deputat bildirib.

Qeyd edək ki, Nikolay Valuev Rusiyanın siyasi və idman xadimidir. 2021-ci il oktyabrın 13-dən Rusiya Federasiyası Federal Məclisinin VI və VII çağırış Dövlət Dumasının deputatı, Dövlət Dumasının Turizm və Turizm İnfrastrukturunun İnkişafı Komitəsi sədrinin birinci müavinidir.

 

İdman karyerası ərzində o, ağır çəki dərəcəsində çıxış edib. WBA ağır çəkidə dünya çempionu (2005-2007, 2009), Pan-Asiya Boks Assosiasiyasının ağır çəkili çempionu (2000), peşəkarlar arasında ağır çəkidə Rusiya çempionudur (1999).

Diaspora