Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb backend

“Ukrayna Silahlı Qüvvələri ötən sutka Rusiyanın 430 hərbçisini məhv edib”.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Beləliklə hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin itkiləri 58580 nəfərə çatıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin başqa döyüş itkiləri 2325 tank, 4909 zirehli maşın, 1385 artilleriya sistemi, 331 reaktiv yaylım atəşi sistemi, 175 hava hücumundan müdafiə sistemi, 262 təyyarə, 224 helikopter, 995 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3751 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.

Ruslar son sutka ərzində ən böyük itkiləri Kramatorsk və Donetsk istiqamətlərində veriblər.

Diaspora