"Əksəriyyətiniz müharibəni dəstəkləyirsiniz, o zaman niyə ondan qaçırsınız?.."

"Əksəriyyətiniz müharibəni dəstəkləyirsiniz, o zaman niyə ondan qaçırsınız?.." backend

"Rusiya işğalçı, Putin terrorçudur"...

 

"Son iki sutkada Rusiyadan Gürcüstana 20 mindən artıq, 21-26 sentyabr tarixlərində 50 mindən artıq adam keçib..."

 

Gürcülər Rusiya ilə sərhəddə etiraz aksiyası keçirib

 

Səfərbərlikdən yayınmaq istəyən rusların sayı getdikcə artmaqdadır.

 

Gürcüstanın "Droa" müxalif hərəkatı Rusiya ilə sərhəddə etiraz aksiyasına başlayıb, insanlar səfərbərlikdən yayınmaq üçün kütləvi şəkildə ölkədən gedir.

 

Moderator.az xəbər verir ki, bu barədə hərəkatın "Twitter" səhifəsində bu gün məlumat yayılıb.

 

"Biz bu gün Rusiya sərhəddində etiraz aksiyası təşkil etmişik ki, rusiyadan gələnlər bizim "rus dünyası"na necə münasibət sərgilədiyimizi bilsinlər.

 

Təəssüf ki, polis rusiyalıları diskomfortdan ayırmağa cəhd edib, bu da oliqarxik rejimin əsl loyallığına daha çox işıq salır", - məlumatda deyilir.

 

Fotoda fəallar polis qarşısında üzərində "Ukraynaya eşq olsun! Qəhrəmanlara eşq olsun!" sözləri yazılan Ukrayna bayrağı və plakatlarla dayanıb.

 

Plakatların birində bu sözlər yazılıb: "Diktatorlar xalqın əksəriyyətinin istədiklərini edir. Yuyulmuş beyinlər isə rusiyalıların fəaliyyətsizliyinin nəticəsidir".

 

Başqa bir plakatda yazılıb: "Sorğulara görə, əksəriyyətiniz müharibəyə dəstək verirsiniz. O zaman nədən ondan qaçırsınız?".

 

ITN xəbərlər portalının redaktoru, CNN-in Moskva xidmətinin sabiq prodüseri Emma Berrouz özünün "Twitter" səhifəsində etiraz aksiyasından foto və video dərc edib.

 

Videodan eşidilir ki, aksiya iştirakçıları Ukrayna himnini qoşublar. Fəalların əllərində saxladıqları transparantda  Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin tarixi-08.08.08 yazılıb. 

 

Orada həm də "Rusiya işğalçı, Putin terrorçudur" sözləri yazılıb", - jurnalist məlumat verib.

 

Şimali Osetiyanın rəhbəri Sergey Menyalo özünün "Telegram-kanal"ında məlumat verib ki, son iki sutkada Rusiyadan Gürcüstana 20 mindən artıq adam keçib.

 

"Bu axın artmaqda davam edərsə, biz fiziki olaraq qayda-qanunu və təhlükəsizliyi təmin edə bilməyəcəyik", - o, belə yazıb.

 

Şimali Osetiya üzrə DİN mətbuat xidməti SİTA-ya məlumat verib ki, Rusiya-Gürcüstan sərhəddində 4960 vahid nəqliyyat çıxışı gözləyir, onlardan 3, 6 mini minik maşınlarının payına düşür.

 

"Yuxarı Lars" nəzarət-buraxılış məntəqəsində vətəndaşlara sərhəddə  piyada keçidə icazə verilib.

 

NBM-də çağırış məntəqəsi təşkil edilib, səfəfbərlik edilənlərə çağırış vərəqələri təqdim edilir.

Diaspora