Bu gün Azərbaycanda anım tədbirləri qələbə ab-havasında təşkil olunsa da, İrəvanda 44 günlük müharibənin başlanmasının ildönümü etiraz, narazılıq, matəm ovqatında keçirilib.
Müharibədə öldürülmüş hərbçilərin valideynləri dünən gecə saatlarından başlayaraq Yerablur hərbi panteonuna toplaşıblar. Valideynlərin bir qismi isə hakimiyyət əleyhinə müxtəlif qurumların qarşısında piket keçiriblər.
Narazı valideynlərdən birinin jurnalistlərə verdiyi açıqlama isə tragikomik faktları ortaya qoyub.
44 günlük müharibədə itkin düşən əsgərlərin atası deyib ki, ona DNT analizləri əsasında cəsəd qalıqları veriblər ki, burada da yalnız üç ayaq olub.
- Şəxsən mənə oğlumun üç ayağını verdilər. Dedilər ki, bu da sənin övladının cəsəd qalıqlarıdır, - erməni valideyn aidiyyəti qurumların anormal fəaliyyətindən gileylənib.
Azvision.az