Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.
Qaziler.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.
Sentyabrın 22-də Qazaxıstan Müdafiə Nazirliyi bildirib ki, sentyabrın 26-dan oktyabrın 8-dək ölkənin Cambıl və Almatı vilayətlərində “Qarşılıqlı fəaliyyət-2022”, “Poisk-2022” və “Eşelon-2022” təlimləri keçiriləcək.