Türkiyə ABŞ istehsalı olan Yunanıstana məxsus zirehli texnikanın hərbsizləşdirilmiş Lesbos və Sisam adalarına yerləşdirilməsinə qarşı hər iki ölkəyə etiraz notası verib.
Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılan Yunanıstanın Ankaradakı səfirindən adalardakı qanun pozuntularına son qoyulması və qeyri-hərbi statusun bərpası tələb olunub.
Qeyd edək ki, adalara hərbi texnikanın yerləşdirilməsi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus PUA-lar tərəfindən görüntülənib. (oxu.az)
Mənbə: Haber Global