Təbriz Universitetində dərslər dayandırıldı - FOTO

Təbriz Universitetində dərslər dayandırıldı -  FOTO backend

Təbriz Universitetində sentyabrın 24-dən naməlum müddətə qədər dərslər dayandırılıb.

“Azad İran” “Telegram” kanalı bu barədə Universitetin rəhbərliyinə istinadən məlumat yayıb.

Məlumatda tətil səbəbləri barədə açıqlama verilməsə də, bunun etiraz aksiyalarının genişlənməsi və Təbrizdə hökumətə qarşı kütləvi nümayişlərin davam etməsi ilə bağlı olduğu ehtimal edilir.

Bununla yanaşı, Tehran Universitetində də dərslərin dayandırılması barədə bildiriş yayılıb.

 

 

Diaspora