Qazaxıstan parlamentinin yuxarı palatası Qazaxıstanda respublikanın Birinci Prezidenti Gününün dövlət bayramları siyahısından çıxarılması barədə qanun qəbul edib.
Qeyd olunur ki, bununla əlaqədar kinematoqrafiya, mədəniyyət və bayramlarla bağlı qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Qazaxıstan parlamentinin deputatları ölkənin paytaxtının yenidən Astana adını daşımasını təklif ediblər.
Xatırladaq ki, Qazaxıstanın paytaxtı 2019-cu ildən Nursultan adlanıb. (oxu.az)
Mənbə: TASS