“Rusiyanın qismən səfərbərlik qərarı və Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində referendum elan edilməsi durumun ciddiliyini göstərir”.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ukrayna müharibəsində humanitar böhranın dərinləşməsinin qarşısıını almağa çalışırıq. İndi yeni reallıqlar yaranıb. Müharibə uzandıqca konkret həllə nail olmaq çətinləşir. Amma diplomatiya hələ də yeganə dialoq yoludur”, - o bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.