Xəbər verdiyimiz kimi Ermənistanın prezidenti Vaaqn Xaçaturyan Böyük Britaniya kraliçası II Elizabetin "Westminster Hall"dakı cənazəsi qarşısında qalmaqallı hərəkətə yol verib. Xaçaturyan digər qonaqlardan fərqli olaraq toydaymış kimi xatirə şəkili çəkdirib.
Onun bu anormal davranışı qısa müddətdə sosial şəbəkə istifadəçilərinin kütləvi tənqidi və narazılığına səbəb oldu.
Bu gün isə Ermənistan KİV-i prezidentin artıq dünyada mənfi yöndə gündəmə çevrildiyini yazıblar. "Mamul" saytı Xaçaturyanın dünyaca məşhur karikatura jurnalının üz qabığında yer aldığını yazıb.
"Armcomedia" özünün Facebook səhifəsində maraqlı paylaşım edib. Statusda "Charlie Hebdo"nun karikaturasını əks etdirən foto da yerləşdirilib. Qeyd olunub ki, “Charlie Hebdo"nun üz qabığında Ermənistan Respublikasının prezidentini tapın”, - müəllif məqalədə qeyd edib.
Qeyd edək ki, uzun müddətdir sözügedən məkanda vida mərasimi zamanı media mənsublarından başqa heç kəsə foto və video çəkiliş həyata keçirməyə icazə verilmir.
Azvision.az