Ərdoğan: “Sülhdən sonra torpaqların qaytarılması böyük əhəmiyyət daşıyır”

Ərdoğan: “Sülhdən sonra torpaqların qaytarılması böyük əhəmiyyət daşıyır” backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Ukrayna böhranının tez bir zamanda həllinə çalışdığını bildirib.

 

“Anladım ki, o, həqiqətən də, bu işi tez bir zamanda bitirmək istəyir. Hal-hazırda, məsələn, 200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub. Bu, çox gözəl irəliləyişdir”, - deyə o, ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib.

 

Ərdoğan onu da bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh əldə ediləcəyi təqdirdə burada alınan torpaqların geri qaytarılması böyük əhəmiyyət daşıyır:

 

“İstənilən və gözlənilən budur. Bu mövzuda cənab Quterreşin atdığı addımlar var. Bizim atdığımız addımlar da var. Bu addımlarla yanaşı, gözlədiyimiz şey torpaqların qaytarılmasıdır ki, həqiqətən, işimizi asanlaşdırar”. (moderator.az)

Diaspora