"Rusiya Federasiyasında Çeçenistan rəhbəri Ramzan Kadırov və "Liqa" özəl hərbi şirkətinin (keçmiş "Vaqner" özəl hərbi şirkəti) sahibi Yevgeni Priqojin Ukraynadakı müharibəyə 15 min insan toplaya bilər. Bunlar Rusiya Federasiyasının son ehtiyat qüvvəsi olacaqlar".
Moderator.az xəbər verir ki, bunu rusiyalı müxalifət lideri və hüquq müdafiəçisi Mark Feygin "TSN"-ə müsahibəsində bildirib.
"Düşünürəm ki, indi Kadırov və Priqojin daha 15 min nəfəri bir araya toplayacaq və bu, sonuncu ehtiyat olacaq", - ekspert belə hesab edir.
Onun fikrincə, Kadırov və Priqojin kömək edə bilməsə, o zaman Rusiyada bir neçə ay davam edə biləcək ümumi səfərbərlik olacaq.
“...Əlbəttə, bu bir neçə ay ərzində Rusiya üçün vəziyyət kritik xarakter daşımasa və səfərbərliyin mənası olmasa..." -deyə Feygin vurğulayıb.