Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin (DTX) sədrləri iki ölkə arasında sərhəddə vəziyyətin sabitləşdirilməsi və sülhün bərqərar edilməsi haqqında protokol imzalayıblar.
Manşet.az xəbər verir ki, bu barədə Qırğızıstan departamentinin rəhbəri Kamçıbek Taşiyev məlumat verib.
"Biz Tacikistanla protokol imzaladıq. Protokolun əsas mahiyyəti iki ölkə arasında vəziyyəti sabitləşdirmək və sülhün bərqərar olması, vəziyyətin həlli istiqamətində işlərin aparılmasıdır. Qırğızıstan tərəfdən mən imzalamışam, Tacikistan tərəfdən - sədri Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Saimumin Yatimov”, - Taşiyev bildirib.
O, həmçinin "Batken vilayəti ərazisində vəziyyətin tədricən sabitləşdiyini" qeyd edib və çərşənbə axşamı axşam daha bir görüşün planlaşdırıldığını bildirib