Ağ Ev erməni diasporunun səslərinə göz qırpdığı aşkar görünən Nensi Pelosi və lobbi tərəfindən dəstəklənən bir neçə siyasətçinin Qarabağ məsələsinə dair açıqlamalarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Bölgədə davamlı sülh və sabitliyin bərqərar olduğu bir vaxtda bütün beynəlxalq aktorları ədalətli və hər şeydən əvvəl məsuliyyətli davranmağa dəvət edən Fuad Oqtay 30 ildir haqsız və qanunsuz işğal altında olan vətəninin azad edilməsi uğrunda mübarizə aparan Azərbaycanın bundan sonra da yanında olacaqlarını vurğulayıb.