Ukrayna ordusu Luqansk vilayətinin Beloqorovka şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
Moderator.az xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday məlumat yayıb.
Onun sözlərinə görə, rus işğalçılarının Beloqorovkaya daxil olduğu məqamlar olub, lakin indi qəsəbə təmizlənib və tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
O, həmçinin Luqansk vilayətində işğal olunmuş ərazilərin işğaldan azad edilməsinin Xarkov vilayətinə nisbətən daha çətin olacağını bildirib.
"Burada Xarkovdakı kimi sürpriz effekti artıq olmayacaq... Xarkov istiqamətindən qaçanlar Luqansk və Donetsk bölgələrindədirlər və indi onlar mümkün qədər səngərlər qazmaq və müdafiə strukturları qurmaq üçün hər şeyi edirlər", - deyə VHA rəhbəri izah edib.